AZ

Ukraynadan qaz tranzitinin dayandırılması Kiyev üçün fəlakətli hesab edilib - ÖZƏL

Rusiya qazının Ukraynadan tranzitinin dayandırılması Moskvadan çox Kiyevə zərər verə bilər. 

Olaylar.az xəbər verir ki, Ukrayna rəhbəri Vladimir Zelenskinin belə bir qərarının respublika üçün fəlakətli nəticələrini Amerikanın Responsible Statecraft (RS) jurnalının analitikləri etiraf ediblər.

2025-ci il yanvarın 1-də Rusiyanın "Qazprom" şirkəti Ukraynanın "Naftoqaz" QSC ilə müqavilənin müddəti başa çatdıqdan sonra texniki və hüquqi imkanlarını itirdiyi üçün Ukrayna ərazisindən qaz tranzitini dayandıracağını açıqladı.
Bundan əvvəl Kiyev dəfələrlə bu müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmişdi.

Məqalədə deyilir: "Ukrayna indi elektrik enerjisi və qalıq yanacaq, xüsusən Slovakiyadan alınan elektrik enerjisi baxımından Avropa və ABŞ-dan asılı olduğundan , Zelenskinin qərarı, çox güman ki, Ukraynaya Rusiyadan daha çox zərər verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr