Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotikvasitələrin təsiri altında idarə edən rayon sakinləri E.Muradov vəT.Abasov saxlanılıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regionalqrupundan Trend-ə verilən məlumata görə, tibbi müayinə zamanıonların marixuana istifadə etdikləri məlum olub.
Bildirilib ki, sürücülər barəsində qanunvericiliyə uyğun olaraqtədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsiüçün məhkəməyə göndərilib.