Qlobal konteyner daşıma qiymətləri 2025-ci ilə artımla başlayıb və ardıcıl üçüncü həftə yüksəlib. Qiymətlər təxminən son 4 ayın ən yüksək səviyyəsinə çatıb.
Marja.az xəbər verir ki, beynəlxalq dəniz məlumat və məsləhət şirkəti "Drewry" tərəfindən hazırlanan Dünya Konteyner İndeksi yanvarın 9-da sona çatan bir həftəlik dövrdə 2 faiz artıb.
"Drewry"nin şərhinə görə, 40 futluq konteyner üçün qiymət həftə ərzində 3 min 905 dollardan 3 min 986 dollara yüksəlib.
İndeks ötən ilin eyni həftəsi ilə müqayisədə 30 faiz yüksəkdir.
Şanxay-Los-Anceles və Şanxay-Nyu York xətləri üzrə qiymət artıma təsir göstərib.