AZ

“Union Logistics” şirkəti yerli sahibkarlar 300 min dollarlıq ziyan vurub - İDDİA

Bir qrup sahibkar "Union Logistics" şirkəti və onun rəhbəri Rövşən Mehdiyevdən şikayətçidir. Sahibkarlar "Cebheinfo.az" saytına müraciət edərək "Union Logistics" şirkəti tərəfindən onlara külli miqdarda zərər vurulduğu bildiriblər.

“Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 5E ünvanında yerləşən “Union Logistics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehdiyev Rövşən Vaqif oğlu, qardaşı Mehdiyev Rauf Vaqif oğlu, icraçı direktor Mustafayeva Samirə, satış təmsilçisi Qafarlı Anar, Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən, direktorun xalası oğlu Ziya adlı şəxs, gömrük orqanlarında gömrük sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan İlham adlı şəxs birlikdə 18 sahibkara ümumilikdə 300000 dollar ziyan vurub”,-deyə sahibkarlar bildiriblər.

"Union Logistics" şirkəti digər sahibkarlar - "Ulanzi Azerbaijan" MMC-nin təsisçisi Əsgərov Kənan 27 min dollar, "Qlobal KS" MMC-nin rəhbəri Ceyhun Süleymanov 19 min 285 dollar və sahibkar Rauf İsmayılovun 9 min 366 dollarlıq sifarişlərini 5 aydır təhvil vermir. Sahibkarlar digər həmkarlarının da eyni problemlə üzləşdiyini, “Union Logistics” karqo şirkətinin ümumilikdə 300 min dollarlıq sifarişi təhvil vermədiyini iddia edir.

Sahibkarların dediyinə görə, "Union Logostics" şirkəti sifarişlərin nə zaman çatdırılacağl ilə bağlı da konkret məlumat vermir.

Cavid Nəbiyev əlavə olaraq qeyd edib ki, “Union Logistics” şirkəti ilə bağlı Bakı şəhər Prokurorluğuna, İqtisadiyyat Nazirliyinə şikayət olunub: “Sahibkarları bu cür incitmək olmaz. “Union Logistics” şirkətinin rəhbəri Rövşən Mehdiyev, satış müdiri Anar Qafarlı biz sahibkarlara dəqiq məlumat verməlidir”.

Sahibkarların iddiasına görə, “Union Logistics” MMC tərəfindən şifahi formada verilən məlumatda onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstanla sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyirlər. Lakin heç bir sənəd, foto və ya video təqdim edilmir. Sahibkarlar rəsmi məlumat ala bilmədiklərini, deyilənlərə inanmadıqlarını bildirirlər.

Dəfələrlə sahibkarlar şirkətin direktoru ilə görüşmək istədiklərini bildirsələr də, buna nail ola bilməyiblər. Digər bir iddia isə "Union Logostics" şirkətinin borcuna görə sahibkarların sifarişlərinin girov saxlanılması ilə bağlıdır.

İddia olunur ki, "Union Logostics" şirkətinin “Çin Karqo” şirkətinə 70 min dollar, Türkiyədə olan azərbaycanlı iş adamına 100 min dollar, “Speed Cargo” şirkətinə 169 min dollar borcu var. Sahibkarlar Daxili işlər Nazirliyindən, Xarici işlər Nazirliyindən, Baş Prokrorluqdan məsələnin araşdırılması, hüquqi qiymət verilməsi, nəzarətə götürülməsi və yüklərin tapılmasına kömək göstərilməsini xahiş edirlər. Eyni zamanda, Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının Azərbaycandakı səfirliklərindən məsələnin öyrənilməsi üçün kömək istəyirlər.

İddialarla bağlı “Union Logistcs” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, səslənən iddialarla bağlı suallarımıza cavab ala bilmədik.

Şirkət bu məsələ ilə bağlı sahibkarların problemlərinin yaxın zamanda həll olunacağını deməklə kifayətlənib.

Seçilən
30
cebheinfo.az

1Mənbələr