AZ

Mehriban Zeynalova: "Maarifləndirmə və əməkdaşlıq insan alverinə qarşı əsas silahlardır"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova insan alverinə qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, mövcud mexanizmlərin effektivliyini artırmaq üçün fəaliyyətlərin davamlı olmasını vacib sayıb:

"Ən effektiv metodlardan biri İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorla QHT-lər arasında imzalanmış Memorandum çərçivəsində birgə fəaliyyətlərin icrasıdır. Hazırda Koalisiya bu sahədə 2025-ci il Fəaliyyət Planını hazırlayıb. Bu planda maarifləndirmə qrupları müəyyən edilib, xüsusilə gənclər, qadınlar və uşaqlarla bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin, insan alverinin qarşısının alınması istiqamətində maarifləndirmə proqramları təkmilləşdirilir və yenilənmiş planın icrasına yaxın zamanda başlanacaq."

Mehriban Zeynalova qeyd edib ki, hazırda 10 rayon üzrə koordinatorlar təyin edilib və onların vəzifə və öhdəlikləri hazırlanıb. Bu təşəbbüs regionlarda fəaliyyət göstərən QHT-lərin proseslərə daha aktiv cəlb edilməsinə və iqtisadi çətinliklərin insan alveri üçün yaratdığı şəraitin araşdırılmasına imkan yaradacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
30
qht.az

1Mənbələr