Amerikanın seçilmiş lideri Donald Tramp dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra ilk günlərdə Amerikanın bir neçə ştatının sakinlərinin son vaxtlar müntəzəm olaraq səmada gördükləri naməlum pilotsuz uçuş aparatları (PUA) haqqında hesabat dərc edəcəyinə söz verib...
“İlk gün sizə dronlarla bağlı hesabat təqdim edəcəyəm. ABŞ prezidenti Co Baydenin hazırkı administrasiyası nə baş verdiyini söyləməmələri gülüncdür”, o, cümə axşamı Floridada jurnalistlərə bildirib.
Poliqon bu barədə Fox News nəşrinə istinadən xəbər verir.
Tramp əlavə edib ki, o, indiki hakimiyyətin bu mövzu ilə bağlı şərh verməkdən imtina etməsinin səbəblərini bilmir.
Qeyd edək ki, standart hobbi dronlarından daha böyük olan sirli dronları ilk dəfə keçən il noyabrın ortalarında Nyu Cersi sakinləri görüblər. Bundan sonra Amerika mediası Merilend, Nyu-York, Pensilvaniya və Florida ştatları üzərində səmada dronların olması barədə məlumat yayıb.
Poliqon.info