AZ

Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular

2024-cü il ərzində Rusiya vətəndaşlarının xaricdə daşınmaz əmlak almasına tələbat təxminən 25 faiz azalıb.

Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu azalma xüsusilə Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi məşhur destinasiyalarda daha aydın hiss olunur.

Qəzetə danışan ekspertlər 2022-2023-cü illərdə yaşanan tələb artımının yüksək həddə çatdığını və bu azalmada beynəlxalq ödəniş əməliyyatlarındakı çətinliklərin təsirli olduğu qənaətindədirlər. Türkiyədə daşınmaz əmlak alışları 48,6 faiz azalarkən, BƏƏ-də bu nisbət 40,4 faiz olaraq qeyd edilib.

Məlumata görə, 2024-cü ildə Türkiyədən alınan evlərin sayı əvvəlki ilə nisbətən 45% azalaraq təxminən 1100-ə düşüb. Eynilə Misir, Kipr, Finlandiya və İtaliya kimi ölkələrdə də tələbdə ciddi azalmalar müşahidə olunub.

Ekspertlər bu azalmanı bir neçə amillə əlaqələndirirlər. 2022-2023-cü illərdə artan tələb investisiya və köçürmə məqsədləri üçün əməliyyatları əhatə etdiyi halda, 2024-cü ildə investor marağında azalma qeyd edilib. Bundan əlavə, rublun ucuzlaşması və xarici ödəniş sistemlərindəki çətinliklər alış əməliyyatlarına təsir edən digər mühüm amillərdəndir. Digər tərəfdən, Monteneqro və Bolqarıstan kimi ölkələrdə tələbatda məhdud artımlar müşahidə edilib.

Seçilən
3
1
publika.az

2Mənbələr