Türkmənistanın ümummilli lideri Qurbanqulu Berdiməhəmmədov “Beynəlxalq Sülh və Etimad İli” və ölkənin bitərəfliyinin 30-cu ildönümü münasibətilə yubiley medalı və xatirə lövhəsi layihələrinin hazırlanmasının vacibliyini vurğulayıb.
Hafta.az-ın yazdığına görə, bu təşəbbüsü Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov respublikanın bitərəfliyinin 30 illiyinə və 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” şüarına həsr olunmuş tədbirlərin Dövlət Təşkilat Komitəsinin iclasında səsləndirib.
Milli Məclisin sədri Dünyagözəl Gülmanovaya müraciət edən Qurbanqulu Berdiməhəmmədov nəzərdə tutulan tədbirlər fonunda qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsinin, əhali arasında təbliğat və maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib.