AZ

AVROPAYA DOĞRU BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ – Paşinyan hökuməti niyə seçim edə bilmir?

Ermənistan hökuməti yanvarın 9-da keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Hökumətin iclası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan vurğulayıb ki, qanun layihəsinin qəbulu Avropa İttifaqına üzvlük demək deyil. Onun sözlərinə görə, həmin məsələ ilə bağlı referendum keçirmək lazımdır.

Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, mülki təşəbbüs kimi Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsi parlamentə baxılmaq üçün təqdim edilib və indi hökumət öz mövqeyini bildirməlidir: “Biz bir neçə halı nəzərə alaraq müsbət mövqe bildirməyi təklif edirik”.

Mirzoyan onlardan bəzilərini sadalayıb. Aİ-nin Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsini, iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək etməyə hazır olduğunu bəyan etməsini, azad rəqabət mühitinə, inkişaf etmiş elmə malik olmasını xüsusi qeyd edib.

Paşinyan hökumətinin bu addımına Kremldən dərhal reaksiya gəlib. Prezident V.Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan eyni vaxtda Aİ və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz.

“Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? Hazırda bunu demək çətindir, lakin bu məsələyə hipotetik ölçüdə baxsaq, o zaman iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil”, - Peskov bildirib.

Kreml sözçüsünə görə, “əlbəttə, bu, Ermənistanın suveren hüququdur, lakin nəzərə almaq lazımdır ki, Aİİ-yə üzvlük faydalıdır”.

Qeyd edək ki, Ermənistan Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür. 2024-ü ildə İrəvanın bu birlik üzvləri, o cümlədən Rusiya ilə xarici ticarəti 16 milyard dollardan çox olub. Ekspertlərə görə, Ermənistan Rusiyaya Qərbin iqtisadi sanksiyalarından yayınmaqda kömək edir. Ölkənin ixraının əsas hissəsi Qərb şirkətindən alınan və sanksiyalar siyahısnda olan məhsullar təşkil edir. Rusiya xüsusən elektronika avadanlıqlarını Ermənistan üzrəindən Qərb ölkələrindən alır.

Seçilən
12
10
azpolitika.info

7Mənbələr