AZ

Naxçıvanda ötən il 11 milyon manat problemli kreditlər qaytarılıb

Naxçıvan, 10 yanvar, AZƏRTAC

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 17,7 milyon manat güzəştli kreditlərin geri qaytarılması təmin edilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü illə müqayisədə 2,9 dəfə çoxdur.

2024-cü ildə 11,0 milyon manat problemli kreditlərin qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 14,5 dəfə çoxdur. Fondun ehtiyatlarının qalıq məbləği ilin əvvəli ilə müqayisədə 2,9 dəfə artaraq, 1 yanvar 2025-ci il tarixə 19,2 milyon manat təşkil edib.

Seçilən
21
50
azertag.az

10Mənbələr