Bakı. Trend:
Moldovanın Kişenyov hava limanına partlayıcı qurğunun qoyulmasıilə bağlı xəbərin daxil olmasından sonra yerli polis aeroportdaolanları təxliyə edib.
Trend xəbər verirki, bu barədə “Pervıy v Moldove” telekanalı məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl də Kişinyov aeroportunda oxşar“bomba həyəcanları” yaşansa da, həmin anonim bildirişlər yalançıxıb.