Portuqaliyalı hücumçu Kriştianu Ronaldo, Səudiyyə Ərəbistanının «Əl-Nəsr» klubunda yeni bir bənzərsiz rekord vurub. Reuters xəbər verir ki, 9 yanvar tarixində keçirilən Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda «Əl-Oxdu»ya qarşı oyunda Ronaldo penalti ilə qol vurub. Bu, futbolçunun 2025-ci ildəki ilk qolu oldu və o, ardıcıl 24-cü ildə qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.Ronaldo ilk qolunu 2002-ci ildə «Sportinq»də atıb. O zamandan bəri, «Mançester Yunayted», «Real Madrid», «Yuventus» və Portuqaliya milli komandasında da topu rəqibin qapısına göndərib. Ümumilikdə, o, karyerasında 917 qol vurub.«Əl-Nəsr» oyunu 3:1 hesabı ilə qazanıb və 28 xal toplayaraq çempionat cədvəlinin 4-cü pilləsində yer alıb. «Əl-Oxdu» isə 12 xalla 14-cü yerdə qərarlaşıb.Səidə Mustafa
Diqqət Çəkənlər
İtaliyanın Belkastro şəhərinin meri yerli sakinlərə xəstələnməyi qadağan edib
NATO-nun baş katibi Rütte müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırıb
AFP: ABŞ, Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayıracağını açıqlayıb