İstanbuldan Hamburqa uçan qadın sərnişinin çamadanında 460 ədəd Dubay şokoladı aşkar edilib.
Publika.az xəbər verir ki, gömrük polisi Hamburq hava limanında 33 yaşlı qadına məxsus 3 çamadanı açanda 90 kilo Dubay şokoladı tapıb.
Qadın hər qutu üçün dörd avro 60 sent (8 AZN) ödədiyini, Dubay şokoladını Almaniyada 25 avroya ( 44 AZN) satıldığını bildirib.
Qadına xaricdən gətirilən malların ümumi dəyərini keçdiyi üçün 330 avro (577 AZN) vergi cəzası kəsilib və kommersiya qaçaqmalçılığı şübhəsi ilə ona qarşı istintaq başladılıb.