Avropa İttifaqı(Aİ) rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hazırkı Amerika lideri Cozef Baydenin Rusiya əleyhinə fərmanlarını ləğv edə biləcəyindən qorxurlar. Bu barədə “Financial Times” məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.
“Avropa Komissiyasının rəsmiləri, fərmanların ləğvinin Aİ-yə necə təsir edə biləcəyini anlamaq üçün aidiyyəti qurumlara Baydenin məlum qərarlarının -Rusiyaya qarşı sanksiyalardan tutmuş kibertəhlükəsizliyə qədər təhlilini tapşırıblar”, - deyə mənbələr bildiriblər.
Nəşr qeyd edir ki, Tramp bir çox tədbirləri sadəcə olaraq sələfi Bayden tərəfindən təqdim edildiyi üçün ləğv edə bilər.
Tural