1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avtomobil həvəskarları daim onun təmizliyinə diqqət etməyi sevirlər. Amma avtoyumada bəzən bilmədiyimiz və ya diqqət etmədiyimiz bəzi məqamlar var ki, onları nəzərə almasaq, avtomobilimizin boya örtüyünün zərər görməsinə səbəb ola bilərik.
Bəs avtomobillərimizi yuyarkən hansı məqamlara xüsusi diqqət yetirməliyik?
Oxu.Az-ın yeni layihəsi olan "Avtousta"nın ikinci buraxılışında bu məqamların bir neçəsi ilə tanış olacaqsınız.
Nəzərə almaq lazımdır ki, avtomobilin salonunun təmizliyi sürücü ilə yanaşı, sərnişinlərinin də sağlamlığı üçün çox önəmli faktorlardan biridir.
Bundan əlavə, avtomobili satan zaman da onun nə qədər təmiz olması alıcının diqqət yetirdiyi ilk məqamdır.
Daha ətraflı - videoda:
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev