1944-cü ilin sentyabrında Tokiodan 700 mil cənubda yerləşən kiçik bir ada olan Çiçijimaya (Bonin adaları) bombalı hücumlar zamanı 9 Amerika təyyarəsi yapon atəşi ilə vuruldu.

İndex.az xəbər verir ki, 9 pilotdan 8-i yapon əsgərləri tərəfindən əsir götürülüb, sonra döyülərək işgəncələrə məruz qalıb.

Yapon əsgərləri yeni ölən pilotların ciyərlərini yeyib, çürüməməsi üçün bədənlərinin qalan hissələrinə bəzi prosedurlar ediblər. Halbuki, adadakı yapon əsgərlərinin qidaya ehtiyacı yox idi. Lakin başqa yerlərdə döyüşən bir çox yapon qoşunu aclıqdan ölürdü.

Bir müddət adamyeyənliyi davam etdirən əsgərlər bunu bir ritual olaraq edirdilər və məqsədləri düşməni rüsvay etmək, həm də canlarını və qüdrətlərini almaq idi. Cəsədlər parçalanmağa başlayanda general-leytenant Yoşio Taçibananın əmri ilə pilotların başları kəsildi.

1946-cı ilin avqustunda Yaponiya İkinci Dünya Müharibəsində təslim olandan bir il sonra bir çox yapon hərbi qulluqçusu müharibə cinayətlərinə görə mühakimə olundu və ölümə məhkum edildi. Xüsusilə 1947-ci ildə Quamda baş verən davada bir çox yapon əsgər və zabiti Bonin adalarında əsir götürülmüş səkkiz amerikalı pilota işgəncə verməkdə və onları edam etməkdə ittiham olunurdu.

Bununla belə, ittihamlar evfemik ifadələrlə təqdim edilib: “Şərəfli dəfn mərasiminə mane olmaq” və ya “meyitin məhv edilməsi”. İttihamlarda heç vaxt hannibalizm sözü qeyd olunmayıb. General-leytenant Taçibana da daxil olmaqla 5 nəfər asılmış, qalanları isə həbs cəzasına məhkum edilmişdir.

İkinci Dünya Müharibəsi zamanı yapon əsgərlərinin adamyeyənliyi haqqında çoxlu xəbərlər və kitablar yazılmışdır. Yaponlar insan qaraciyərini yeməyin onların sağlamlığı üçün faydalı olduğuna inanırdılar. Bu arada vurulan 9 pilotdan yeganə sağ qalan Amerikanın keçmiş prezidenti Corc H.V. idi. Təyyarə qəzaya uğramazdan əvvəl tullanmağı bacaran 20 yaşlı pilot Buş Amerika sualtı qayığı tərəfindən xilas edilib.