"Arsenal"ın braziliyalı yarımmüdafiəçisi Markinyos karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı London təmsilçisinin rəsmi saytı yayıb.
Məlumata görə, 21 yaşlı orta xətt oyunçusu icarə əsasında "Nant"ın formasını geyinəcək. Markinyosun bu ilin sonunadək sözügedən komandanın uğurları üçün çalışacağı bildirilib.
Markinyos "San-Paulu"nun yetirməsidir. Ötən mövsüm "Fluminense"də icarədə olan gənc oyunçu daha öncə eyni qaydada "Norviç" və "Nant"da da çıxış edib. Onun "topçular"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Arsenal"ın əsas komandasında 6 matça çıxan yarımmüdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat