AZ

ABŞ-dən İsraili müdafiə edən qərar - BCM-ə sanskiya tətbiq etdi

ABŞ Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq edən qanun layihəsini təsdiqləyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Qanunsuz Məhkəməyə Qarşı Mübarizə Aktı” layihəsi Nümayəndələr Palatasında 140 səslə qəbul edilib.

Qanun layihəsini 198 respublikaçı və 45 demokrat dəstəkləyib.  
 
Senatın lideri Con Tune qanun layihəsinin tez bir zamanda gündəmə gətiriləcəyini və prezident Donald Trampın vəzifəyə başlamasından sonra onu təsdiq edəcəyini bildirib.

Onu da əlavə edək ki, BCM-nin üzvlərini hərbi cinayətlər və üzv dövlətlərdə törədilmiş insanlığa qarşı cinayətlər kimi məsələlərə görə mühakimə etmək səlahiyyəti var.
 
Qeyd edək ki, BCM Netanyahu və İsrailin sabiq müdafiə rəisi Yoav Qallant haqqında həbs qərarı çıxarıb.

Mikayıl
Seçilən
10
azxeber.com

1Mənbələr