Demokra.az xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında referilərin hazırlıq durumundan razı qaldığını bildirib.
O, Antalyada yüksək səviyyədə toplanış keçmələri üçün hər cür şəraitin yaradıldığını deyib: “Təlim-məşq toplanışı Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir. Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur. Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər bir şərait var. Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edirlər və bu, komanda işi üçün çox vacibdir. Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydançalarında bu cür gözəl şəraitdə işləyə bilirik. Bizə bu imkanı yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkür edirəm”.
Frank De Bleker hakimlərin Misli Premyer Liqasının ilk yarısındakı performanslarını qiymətləndirib: “Mövsümün birinci hissəsindən çox razıyam. Ötən il iyulun sonunda ilk dəfə Bakıya gəldiyim zaman hakimlər mənim üçün yeni idilər. İşləmək istəyən bir qrup görürdüm. Bəzən bir az şübhə ilə yanaşanlar var idi. Amma, həqiqətən də, yaxşı komanda yaratdıq. Mənim üçün ən vacibi meydanda hakim və VAR arasında çox yaxşı balans tapmağımızdır. Yüksək müdaxilə xəttimiz var, yüngül sarı, qırmızı vərəqələr və penaltilər vermək istəmirik. Bu, bizim üçün çox vacibdir, UEFA-nın da əsas xətti belədir. Ümumiyyətlə, meydanda şəxsiyyətləri görürəm, hakimlərimin yüksək keyfiyyətləri var, yaxşı oyun idarəçiliyinə malikdirlər. Düşünürəm ki, oyun idarəçiliyi baxımından yaxşı çıxış etmişik. Əlbəttə ki, həmişə daha da yaxşılaşdırmalı olduğumuz məqamlar var, heç kim mükəmməl deyil. Mayın son oyun gününə qədər mövsümün ilk hissəsindəki kimi davam etməyimizi istəyirəm. İndi əsas odur ki, komandamızın qarşıdakı həftələrdə və aylarda böyük, önəmli oyunlara hazır olduğunu göstərək”.
AFFA Hakimlər Komitəsinin sədri yoxlama oyunlarına gənc hakimləri təyin etmələrinin səbəbini də açıqlayıb: “4 yoldaşlıq oyunumuz var. Biri artıq geridə qalıb. Bu matçlara gənc, perspektivli hakimləri təyin edirik ki, onlar beynəlxalq oyunları idarə etməklə təcrübə toplaya bilsinlər. Bu, gənc hakimlər üçün yaxşı təcrübədir. Onlar növbəti nəsildir. Gənclərə xarici komandaların oyunlarında daha çox təcrübə qazandırmaq istəyirəm. Bunu addım-addım edirik. FIFA hakimləri və digər təcrübəlilər isə mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün buradadırlar.
Beynəlxalq dərəcəli üç hakimimiz var ki, onlardan ikisi birinci kateqoriyadadır. Bu, əla göstəricidir. Həm onlar, həm də biz ilk 6 ayda çox çalışdıq. İndi hər kəs maksimuma nail olmaq istəyir. Gənc hakimləri də növbəti aylara və mövsümlərə hazırlamalıyıq. Bu səbəbdən Türkiyədəki hazırlıq çox vacibdir”.
10Mənbələr
-
rekord.az“Türkiyədəki hazırlıq çox vacibdir” - Frank De Bleker ( 14699331)
-
demokrat.azAFFA rəsmisi: "Hakimlərin işindən çox razıyam" ( 14699067)
-
arena.azFrank De Blekere: “Mövsümün birinci hissəsindən çox razıyam” ( 14698051)
-
sportinfo.azAFFA-nın komitə sədri: "Onları futbol komandası kimi hazırlayırıq" ( 14696943)
-
football-plus.az"Hakimlərin işindən çox razıyam" - AFFA Hakimlər Komitəsinin sədri ( 14696803)
-
ikisahil.azAFFA rəsmisi: Hakimlərin işindən çox razıyam ( 14696771)
-
idmanxeber.az“Mövsümün birinci hissəsindən çox razıyam” – Frank De Bleker ( 14696617)
-
teleqraf.comAFFA rəsmisi: "Hakimlərin işindən çox razıyam" ( 14695691)
-
teleqraf.comDe Bleker: "Hakimlərin işindən çox razıyam" ( 14695127)
-
azertag.azAFFA rəsmisi: Türkiyədəki hazırlıq təcrübə toplamaq baxımından gənc hakimlərimiz üçün vacibdir ( 14695069)