AZ

Əsrin toyu”na hazırlıq gedir: 600 milyon dollar xərclənəcək

Dünyanın ən zəngin adamlarından biri, “Amazon”un sahibi Ceff Bezos və Lauren Sançez İtaliyada nikah bağlayacaqlar.

“Cebeinfo.az” xəbər verir ki, bu barədə “NewsNation” öz mənbəyinə istinadən yazıb.

Qeyd olunur ki, “əsrin toyu” yaz və ya yay aylarında baş tutacaq. 

Məlumata görə, cütlük ölkənin mənzərəli yerlərindən birində ekstravaqant tədbir təşkil edəcək.

Üstəlik, şənliklər qapalı olacaq. Mərasimlərdə yalnız yaxın qohumlar və dostlar iştirak edəcək.

Bundan əvvəl, dekabrın sonlarında Bezos və Sançesin Milad bayramı üçün Aspisdə evlənməyi planlaşdırdığı barədə şayiələr yayılmışdı. 

Üstəlik, toya 600 milyon dollar ayrıldığı iddia edilib. Lakin milyarder bu məlumatı təkzib edib.

Seçilən
13
cebheinfo.az

1Mənbələr