AZ

Baş Nazir: Tramp Kanada məsələsi ilə diqqətləri yayındırmağa çalışır

Bu yaxınlarda istefa verəcəyini açıqlayan Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın 47-ci prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı etməsi ilə bağlı məsələsinə növbəti şərhini verib.

Turkustan.az xəbər verir ki, Trudeau, "Tramp diqqəti fərqli bir sahəyə çəkmək istəyir. O, daha əvvəl Kanadaya 25% əlavə vergi tətbiq edəcəyini demişdi. Bunu etsə, ABŞ vətəndaşlarının bir çox məhsula görə ödəyəcəyi qiymət də artacaq"-deyə, bildirib.

Trudeua Trampın bu addımın taktiki olduğunu bildirərək onun əsl məqsədini ifşa etməyə çalışıb.

"Neft, qaz, taxta-şalban və polad üçün 25% əlavə vergidən danışılır. Bütün bu məhsulların qiymətləri birdən-birə artacaq. Biz Kanadalılar fəxr edirik ki, amerikalı deyilik, Kanadanın ilhaqı heç vaxt mövzu ola bilməz.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr