AZ

Siqaret qaçaqmalçıları bir-bir gizlinləri sadalayıblar - MTN-çilərin "tələsi"nə necə düşüblər?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxsləri siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı da qanunsuz əməllər törədiblər.

Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahib Qurbanov bildirib ki, Zaur Əzimov, Amil Yusifov ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaretlərin satışı ilə məşğul olublar:

Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret məhsulları saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinə aparılıb: “Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-nin Binəqədi rayon idarəsinə gətirərək onlara təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunacağım ilə hədələdi. Bundan sonra özümdə olan siqaretlərdən 55 qutusunu apararaq MTN-nin Binəqədi rayon idarəsində onlara təhvil verdim”.

Digər zərərçəkmiş Zaur Əzimovun sözlərinə görə, Amil Yusifov ilə birlikdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olub: “2015-ci ilin təxminən fevral ayında ləğv edilmiş MTN-nin Binəqədi rayon İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri nəticəsində Amil Yusifov həbs edilib və nəticədə bizə məxsus 100 qutu siqaretin saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb. Bundan sonra özümün də həmin idarəyə dəvət olundum. Mənim və Amil Yusifovun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində 120.000 manat pul tələb olundu. Amil Yusifovun da həmin məbləğdə pulu tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsinin vəzifəli şəxslərinə verdi”.

MTN-in Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov bildirib ki, MTN-nin rayon idarəsinin rəisi kimi müstəqil olararaq hər hansı şəxsə məxsus telefon danışıqlarının dinlənilməsi ilə bağlı tapşırıq vərəqi tərtib etməyə səlahiyyətinin olmayıb: “Ona görə də Sahib Qurbanova, Zaur Əzimova məxsus mobil telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə əlaqədar MTN-nin Antiterror mərkəzi tərəfindən tapşırıq vərəqlərinin tərtib edilərək icraya yönləndirilməsi ilə bağlı təşəbbüs qaldırmışam. Bundan sonra da Sahib Qurbanov və Zaur Əzimova məxsus telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə bağlı tapşırıq vərəqləri tərtib edilməklə Antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev tərəfindən imzalanaraq icraya göndərilib”.

Seçilən
20
mia.az

1Mənbələr