AZ

ABŞ-də meşə yanğınlarını törədən həbs edilib - "NewsNation"

Bu gün Los-Anceles polis dairəsinin əməkdaşları Los-Ancelesin qərbində tarixi və faciəvi yanğınları törətməkdə şübhəli bilinən şəxsi həbs ediblər. Bu barədə NewsNation hüquq-mühafizə orqanlarına istinadənməlumat yayıb.

Hollivud ulduzları meşə yanğınları səbəbindən evlərini tərk edir
"Los Angeles Polis Departamenti saytımıza açıqlamasında bəyan edib ki, artıq "Kennett" yanğını təbi fəlakət kimi deyil, bilərəkdən yandırma hadisəsi kimi araşdırılır. Polis məmurları bir nəfərin həbsə atıldığını təsdiqləyiblər", - məqalədə yazılıb.

Xatırladaq ki, ABŞ-də, xüsusən də Los-Ancelesdə tüğyan edən meşə yanğınları ilə əlaqədarfövqəladə vəziyyət elan edilib. Yanğın əvvəlcə şəhərin dəbdəbəli "Pacific Palisades" məhəlləsini əhatə edib. Şəhərin yanğınsöndürmə idarəsi hər kəsi yanğınların qarşısının alınmasına çağırıb.

Kaliforniyanı bürüyən meşə yanğınları isə ermənilərin sıx yaşadığı şəhərlərə, xüsusən dəQlendeylə qədər çatıb.
Tural Tağıyev
AzVision.az

Seçilən
14
50
azvision.az

10Mənbələr