AZ

“Sanki atom bombası atılıb” – Los-Ancelesdə meşə yanğınları şiddətlənib + VİDEO

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan meşə yağınları getdikcə şiddətlənir.

“AzPolitika” xəbər verir ki, meşə yanğınları artıq on nəfərin həyatına son qoyub, 10 min binanı məhv edib.

Məlumata görə, yanğınlardan birinin cəmi 6%-nin qarşısı alınıb, digər yanğınlar hələ də nəzarət altına alınmayıb.

Şəhərin qərbindki Santa Monika-Malibu yanğını və şərqdəki İton yanğını artıq Los-Anceles tarixində ən dağıdıcı təbii fəlakətə çevrilib. Təkcə bu iki yanğın 13,7 hektardan çox ərazini məhv edib, bütün məhəllələri külə çevirib.

Yerli şerif ölənlərin sayının arta biləcəyini deyir.

“Sanki bu ərazilərə atom bombası atılıb. Yaxşı xəbər gözləmirəm”, - o deyib.

Qeyd edək ki, Los-Ancelesdə ümumilikdə beş meşə yanğını baş verib. Bölgədə güclü küləyin yanvarın 10-u cümə günü günorta saatlarına qədər davam edəcəyi və yanğının miqyasının getdikcə böyüyəcəyi proqnozlaşdırılır.

“AzPolitika.info”

Seçilən
4
50
azpolitika.info

10Mənbələr