AZ

ABŞ qalmaqallı qanun layihəsini qəbul etdi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 2024-cü ilin noyabrında İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı çıxarmasının əks-sədası davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası İsrail rəsmilərinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tələb edən qanun layihəsini qəbul edib.

Layihə 140 "xeyr" səsinə qarşı 243 “bəli” səsi ilə qəbul edilib.

Qanun layihəsində İsrail rəsmilərinə qarşı həbs orderinin ən sərt şəkildə pislənilməsi lazım olduğu ifadə edilərək, “ABŞ və ya onun müttəfiqlərindən olan bir şəxsi araşdırmaq, həbs etmək və ya mühakimə etmək” üçün BCM-ni dəstəkləyənlərə qarşı sanksiyaların tətbiq edilməsi istənilib. 

BCM-ə qarşı sanksiyalar tələb edən qanun layihəsi 2024-cü ilin iyun ayında ABŞ Nümayəndələr Palatasında 155 “xeyr” səsinə qarşı 247 “bəli” səsi ilə qəbul edilmiş, lakin Demokratların çoxluğuna görə təsdiq üçün Senata göndərilməmişdir.

Qanun layihəsinin qanuna çevrilməsi üçün Senat tərəfindən qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Seçilən
8
cebheinfo.az

1Mənbələr