"Milan"ın yarımmüdafiəçisi Noa Okafor karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu "Leypsiq"ə keçəcək. O, sözügedən komandada icarə əsasında oynayacaq. Yarımmüdafiəçi bu gün Almaniya klubunda tibbi müayinədən keçəcək.
"Leypsiq" İsveçrə millisinin 24 yaşlı futbolçusunun bütün maaşını qarşılayacaq və mövsümün sonunda onu 25-28 milyon avroya ala biləcək.
"Transfermarkt" onun hazırki dəyərini 15 milyon avro qiymətləndirir.
Futbolçunun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Okafor bu mövsüm "Milan"ın heyətində 16 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Mirağa