Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2025-ci ildə bazar iştirakçılarının və əmtəə analitiklərinin təxmin etdiyi tədarük çoxluğu olmayacaq:
“2025 -ci ildə qlobal neft bazarları OPEC + alyansının neft bazarlarında tarazılığın təmin edilməsinə və neft qiymətlərində mümkün dəyişkənliyin aradan qaldırlmasına hesablanmış hasilat siyasətindən, geosiyasi vəziyyətdən, neft sektoruna yönəlik investisiya həcmlərindən, tələbatdan aslı olaraq dünyada mövcud emal güclərinin gündəlik xammalla yüklənməsindən, ABŞ-da şist neft hasilatının dinamikasından, təchizat zəncirinin vəziyyətindən, dünya avtomobil parkların strukturunda elektromobillərin iştirak payından, Rusiya və İrana tətbiq olunan sanksiyaların icra vəziyyətindən asılı olacaq. Bu il bazar iştirakçılarının və əmtəə analitiklərinin təxmin etdiyi tədarük çoxluğu olmayacaq”.
Ekspert əlavə edib ki, cari ilin yanvar ayından başlayaraq neft qiymətlərində artımlar bir neçə səbəblə bağlı idi:
“Bunlar Tramp administrasiyasının Rusiya və İranın neft ixracına qoyulan sanksiyaların təsirinin artma qorxusu ilə, Çinin Şandun limanının sanksiya altında olan neft tankerlərinin limana giriş qadağası ilə, neft ticarətində müşahidə edilən artımla , qlobal qaz bazarlarında balans pozulması ilə, qlobal kommersiya təyinatlı neft ehtiyatlarının azalması ilə bağlıdır. Bütün hallarda növbəti ildə neft qiymətləri barel hasili ilə 70 -75 dollar arasında dəyişəcək. Azərbaycana məxsus “Azeri Light” və “BTC Blend” markalı ixrac neftinin qiymətləri Liviya , Nigeriyaya məxsus yüngül neft markalarının və eləcə də ABŞ-yə məxsus “WTI” markalı neftin Aralıq dənizi enerji bazarlarına daxil olacaq ixrac həcmlərindən asılı olacaq. Bütün hallarda Azərbaycan neftinin satış qiymətləri, “Brend” “Etalon” markalı neftə nisbətdə premiya ilə satılacaq”.
Leyla
Demokrat.az
10Mənbələr
-
olke.azKaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək ( 14772271)
-
report.azKaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək ( 14765313)
-
musavat.comKİV: Kaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər ( 14752785)
-
operativmm.azKİV: Kaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər ( 14751075)
-
baku.newsKaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər ( 14750079)
-
report.azKİV: Kaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər ( 14749997)
-
publika.azKaliforniyada yanğın qurbanlarının SAYI YENƏ ARTDI ( 14732723)
-
nocomment.azKaliforniyada yanğında ölənlərin sayı 11 nəfərə çatıb ( 14720375)
-
azpolitika.infoKaliforniyada yanğın qurbanlarının sayı 11-ə çatıb ( 14719473)
-
musavat.comBaydendən QORXUNC anons: Benzinin qiyməti artacaq ( 14717077)