"Operativ Media" xəbər verir ki, Bu fikirləri "Report"a müsahibəsində Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
"İcma özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir. Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir. Doğrudur, biz bununla bağlı UNESCO-nun rəhbərliyinə dəfələrlə müraciət etmişik və hətta müraciətimizin BMT-nin rəsmi sənədi kimi yayılmasına da nail olmuşuq. Amma vəzifəmizi bununla bitmiş hesab etmirik. Biz erməniləri və 30 ildən artıq onlara havadarlıq edən, Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanmasına ikili standartlarla yanaşan Qərb dövlətlərini yaxşı tanıyırıq.
Artıq bu istiqamətdəki bəzi araşdırma və monitorinqlərimizi yekunlaşdırmışıq, digər məsələlər üzərində də işimiz davam edir. Strategiyamız aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq. Bir onu deyə bilərəm ki, ermənilərin bütün vandallıqları ortaya qoyulacaq, onları da, onlara havadarlıq edənləri də şok sürprizlər gözləyir" , - deyə deputat bildirib.