Müəllif:Ayşən İmanova/Banco.az
Çində rəngi dəyişən örtük və flaqman səviyyəli kamera alan “Realme 14 Pro+” smartfonunun təqdimatı baş tutub.
Banco.az xəbər verir ki, bu barədə “Fonearena” portalı məlumat yayıb.
Yeni məhsul 1,5K təsvir ölçülü 6,83 düymlük əyri OLED displey, 120 Hz təzələnmə tezliyi və 1,6 mm qalınlığında nazik çərçivə ilə təchiz edilib.
Cihazın performansı 12 GB əməli yaddaş, 256 və ya 512 GB daxili yaddaşla tamamlanmış sub-flaqman “Snapdragon 7s Gen 3” çipi ilə idarə edilir.