“Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Ueyn Runinin həyat yoldaşı Kolin Runi Ueynin qəribə vərdişindən danışıb.
Arena.az “The Sun” dərgisinə istinadən məlumat verir ki, Kolin Ueynin əməl edə bilmədən yata bilmədiyi qəribə vərdişi haqda söhbət açıb:
“Mən də yataqdayamsa, o, ventilyatoru, mən yoxamsa, feni işə salır. Yeri gəlmişkən, o, bir dəfə buna görə az qala yanğın törətmişdi. Adətən fen sərin hava üfürür, amma bir gün çox soyuq idi, Ueyn onu isti rejimə keçirdi və o partladı”, deyə Kolin təbəssümlə bildirib.
Ueyn Runi futbolçu karyerasına xitam verdikdən sonra, məşqçilik fəaliyyətinə başlayıb. Amma futbolçu ikən əldə etdiyi zirvələri Runi məşqçi olaraq hələ fəth edə bilməyib.
Hazırda işsiz olan 39 yaşlı mütəxəssisin son klubu “Plimut Arqayl” olub. İngilis mütəxəssis “Derbi Kaunti”, “Di Si Yunayted” və “Birmingem Siti”ini də çalışdırıb. Amma uğur Runidən yan ötüb.