AZ

Zenfira Mustafayeva: "İnsan alverinə qarşı mübarizədə qüvvələrimizi birləşdirməliyik"

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında insan alverinə qarşı mübarizədə təşkilatlarının fəaliyyətini və koalisiyadakı rolunu vurğulayıb. O, uzun illərdir ki, təşkilat olaraq İnsan Alverinə Qarşı Koalisiyanın üzvü olduqlarını və koalisiyanın yaranma səbəbinin bu sahədə fəaliyyət göstərən təşkilatların qüvvələrini birləşdirmək və daha effektiv mübarizə aparmaq olduğunu bildirib.

Zenfira Mustafayeva təşkilatların daim sıx əməkdaşlıq etdiyini və bir-birinin bilik və bacarıqlarını birləşdirərək uğurlu layihələr həyata keçirdiklərini qeyd edib. O, koalisiyada əldə olunan uğurlarda və yeni qüvvələrin cəlb olunmasında keçmiş koalisiya sədrlərinin əməyi olduğunu diqqətə çatdırıb:

"2024-cü ildə koalisiyaya yeni sədr seçdik, bu səlahiyyəti Mehriban Zeynalovaya verdik, onun təlim və seminarlarında iştirak edərək bu sahə haqqında dərin biliklər əldə etdik, edəcəyik. İnanırıq ki, hər birimiz bu çətin və şərəfli yolda mübarizəmizi və qüvvələrimizi birləşdirərək daha böyük uğurlar qazanacağıq".

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.   

 

Pərvanə Fərhadqızı

Seçilən
27
qht.az

1Mənbələr