"Harri Potter" filmlərində professor Flitvik obrazı ilə tanınan aktyor Uorvik Devis həyat yoldaşı Samantanın ölümündə həkimlərin günahkar olduğunu deyib. AFN.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.Mənbənin sözlərinə görə, aktyor həyat yoldaşının müalicə aldığı xəstəxananı məhkəməyə verib. Onun fikrincə, qadın həkim səhlənkarlığının qurbanı olub. İstintaqın yaxın günlərdə başlayacağı bildirilir. İstintaq Samantanın müalicəsinin onun xəstəliyinin spesifik xarakterinə və dərəcəsinə uyğun olub-olmadığını müəyyən edəcək.2019-cu ildə aktrisanın sepsis xəstəliyinə tutulduğu və reanimasiyaya yerləşdirildiyi məlum olub. Bunun ardınca London Universitet Kolleci Xəstəxanasında onurğa əməliyyatları aparılıb. Davisin ölümcül nəticəyə səbəb olduğuna inandığı bu tibb müəssisəsidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta