AZ

“Azərbaycanın Qərblə əməkdaşlığı Rusiya ilə əlaqələrin soyuması demək deyil” – Andrey Areşev

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanla ABŞ arasında münasibətlərin “strateji səviyyəyə” qaldırılmalı olmasını, Ermənistan üzərindən Naxçıvana qoşulması planlaşdırılan Zəngəzur dəhlizinin hətta Ermənistanın razılığından asılı olmayaraq açılacağını bildirmişdi.

Hafta.az-ın yazdığına görə, bəzi rus ekspertlər bu açıqlamalara dair fikir bildiriblər.

“Business FM” yazıb ki, Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov Zəngəzur dəhlizinin xüsusilə qaz nəqli üçün uyğun variant olmadığını deyib. Onun sözlərinə görə, “coğrafi çətinliklər və Azərbaycanın məhdud qaz ehtiyatları” səbəbindən bu cür layihələr real deyil. Lakin Türkiyənin Avropanın enerji təchizatında qaz mərkəzi olmaq arzusu bu layihələri gündəmdə saxlayır.

Siyasi müşahidəçi Andrey Areşev isə hesab edir ki, Azərbaycanın Qərblə əməkdaşlığını gücləndirməsi Rusiya ilə münasibətlərin soyuması demək deyil. Areşev Azərbaycanın Qərblə uzun müddətdir enerji və ticarət sahəsində səmərəli əməkdaşlığı davam etdirdiyini xatırladıb və hazırkı proseslərin paralel olaraq inkişaf edən dinamika olduğunu bildirib. Bu bəyanatlar Azərbaycanın həm regional, həm də beynəlxalq aləmdə strateji əhəmiyyətini artırmaq üçün göstərdiyi səyləri ortaya qoyur.

Seçilən
9
hafta.az

1Mənbələr