AZ

Taliban Qərbdən təzminat tələb edir

Qərb ölkələri NATO qoşunlarının hərəkətləri nəticəsində zərər çəkmiş Əfqanıstan və onun mülki əhalisinə təzminat ödəməlidir.

Herbiand.az bildirir ki, bunu Taliban hökumətinin nümayəndəsi Zəbihulla Mücahid deyib.

O xüsusilə, ölkənin bir çox sakininin “hərbi işğal zamanı qəddarlıqla və cinayətlə üzləşdiyini” bildirib. Onun sözlərinə görə, Əfqanıstan hakimiyyəti Şimali Atlantika Alyansı qoşunlarının mövcudluğundan əziyyət çəkən bütün şəxslərin hüquqlarına riayət olunmasını təmin etmək üçün mübarizə aparacaq.

Bundan əlavə, Mücahid Britaniya hərbçilərinin Əfqanıstandakı hərəkətləri ilə bağlı vəziyyətə diqqət çəkib. O, qeyd edib ki, əsgərlər “qəsdən cinayət törətdirdilər”, bu isə əlavə araşdırma tələb edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr