Bakı. Trend:
ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı vəaktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzitdaşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədiləkonteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cüil bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb.
Trend bu barədə səhmdar cəmiyyətə istinadənxəbər verir.
2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta DəhlizləBakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizintranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər,görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib)göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını vəAzərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha dagücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindəndaşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilingöstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastrukturimkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycanərazisi ilə daşınmasına imkan verir.
Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərqnəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cüilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinəgöndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizləbirbaşa Çinə göndərməyə şərait yaradır.