AZ

Peskov: “Putinin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır. Bu cür təmasların təşkili Vaşinqtondan istək və siyasi iradə tələb edir.

Herbiand.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə Trampın Putinlə görüş planları ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

"Prezident Putin dəfələrlə ABŞ prezidenti də daxil olmaqla, beynəlxalq liderlərlə, o cümlədən Donald Trampla təmaslara açıq olduğunu bəyan edib. Bunun üçün heç bir şərt tələb olunmur. Dialoq aparmaq üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur”.

Seçilən
13
50
herbiand.az

10Mənbələr