"Aksa Doğalgaz"ın "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən təbii qaz paylama şirkətləri "Bursagaz" və "Kayserigaz"-ı satın alması ilə bağlı rəsmi prosedur tamamlanıb. Transfer başa çatdıqdan sonra hər iki şirkət "Aksa Doğalgaz"ın çətiri altında fəaliyyətini davam etdirəcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildən "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən "Bursagaz" və "Kayserigaz" təxminən 2 milyon abonentə təbii qaz paylayır.
1,2 milyon abonentə və 7 min kilometr şəbəkəyə malik "Bursagaz" təbii qazın istehlakçıya satış həcminə görə Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkətidir. "Kayserigaz"ın isə şəbəkə uzunluğu 7 min kilomet, abonentlərinin sayı 700 min nəfərdir.
"Aksa Doğalgaz"ın İdarə Heyətinin sədri Yaşar Arslan bildirib ki, abunəçilərə fasiləsiz və təhlükəsiz şəkildə təbii qaz tədarükünü davam etdirəcəklər.