AZ

“Arsenal” Markinyosu icarəyə göndərdi

“Arsenal” “topçular”ın braziliyalı sağ cinah hücumçusu Markinyosu icarə müqaviləsi əsasında “Kruzeyro”ya göndərib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Klublar müqavilə müddətini 2025-ci ilin dekabr ayının sonu olaraq razılaşdırıblar. İcarə müqaviləsi Braziliya klubuna ödənişsiz əsasda başa gəlib. Amma icarə müqaviləsinin sonunda Braziliya təmsilçisi Markinyosun transfer hüquqlarını almaq şansına malik olacaq.

Markinyos “San Paulo”nun məzunudur. Hücumçu, karyerası ərzində “Arsenal”, “Norviç Siti”, “Nant” və “Fluminense”də icarələrdə çıxış edib.

London klubu Markinyosu 2022-ci ilin iyul ayında 3,5 milyona avro məbləğ müqabilində “San Paulo”dan tamhüquqlu əsasda “topçular”ın heyətinə qatıb və o vaxtdan daha çox icarələrdə oynadır.

Markinyos “Arsenal”ın heyətində ümumilikdə 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Markinyos Braziliyanın U-16, U-17, U-20 və U-23 komandalarına cəlb edilib, əsas milli komandaya isə hələ dəvət almayıb.

Markinyosun qənimətlər muzeyində “Fluminense” ilə qazandığı Cənubiamerikan Rekopası (2023/2024-cü illər mövsümü) var.

“Transfermarkt” internet-portalı 21 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
arena.az

1Mənbələr