AZ

Ən sərfəli istehlak kreditləri ayıran banklar – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Yanvar, 2025)

Nağd pul krediti, şəxsi maliyyə ehtiyaclarını qarşılamaq üçün ən əlverişli və sürətli yollarından biridir. Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edirlər.

Ötən ilin 11 ayında Azərbaycan bankları kreditlərdən 2,8 milyard manat faiz gəliri - ƏLDƏ EDİB

FED.az bankların təqdim etdikləri kreditlər üzrə illik faiz dərəcəsini , komissiya xərcini, kreditin təqdim olunduğu müddəti və kreditin məbləğini araşdırıb.

Ümumilikdə  banklar üzrə ayrılan kredit məbləği 300 – 150 000 AZN aralığında dəyişir, illik faiz dərcələri isə minimal 9,5%-dən başlayır.

Krediti əldə edən zaman cuzi məbləğlərdə komissiya tələb oluna bilər, əksər banklar komissiyasız kredit imkanı yaradır. Komissiyalı kredit təklif edən banklarda komissiya haqqı 0-4% aralığında dəyişir. Kreditin müddətləri 2-60 ay arasındadır.

Hazırda bir sıra banklarda istehlak kreditləri üzrə aktiv kampaniyalar  var. Məsələn, “Expressbank”da hazırda aktiv olan kampaniya çərçivəsində 20 000 AZN-dən artıq kredit əldə edən müştərilərə içində həmin kredit vəsaiti olan Expresso Platinum kredit kartı hədiyyə olunacaq.

Bankladakı istehlak kreditləri, kreditin müddəti, faiz dərəcələri, komissiya və ən əsası məbləği haqqında daha detallı aşağıdakı cədvəldə.

Bank

Məbləğ

(AZN)

İllik faiz dərəcəsi başlayır

Komissiya

Müddət

(ay)

Azərbaycan Beynəlxaq Bankı

300 – 40 000

10,9 %

0%

3-60

Azər-Türk Bank

300 – 40 000

11%

0-1%

3-48

Access Bank

500 – 40 000

10%

0-3%

6-48

AFB Bank

500 – 50 000

10,9%

0%

3-59

Azərbaycan Sənaye Bankı

500 – 30 000

13%

1%

2-36

Bank Avrasiya

500 – 30 000

12%

0%

12 – 59

Bank BTB

300 – 30 000

18%

0%

3-48

Bank of Baku

500 – 50 000

9,9%

0%

3-59

Bank Respublika

500 – 50 000

10%

0%

6- 60

Expressbank

300 – 70 000

11,9%

0-3%

3- 59

Kapital Bank

300 – 50 000

10,9 %

0%

3- 59

Rabitəbank

300 – 30 000

10,5%

0%

3-48

Turan Bank

500 – 50 000

9,9%

0-2%

6-59

Unibank

300 – 50 000

9,5%

0%

3-60

VTB Bank

300 – 50 000

10,49%

0%

6-59

Xalq Bank

500 – 150 000

12%

0,2%

12-60

Yapı Kredi Azərbaycan

300 – 50 000

11,5%

1,65-2%

3 – 59

Yelo Bank

400 – 50 000

11,7%

0 – 3,5%

6-59

Paşa Bank

2 000 – 50 000

11,5%

0-3%

3 – 48

Ziraat Bank

50 000 AZN-dək

17%

1%

36 ayadək

Seçilən
30
fed.az

1Mənbələr