"Milan"ın keçmiş italiyalı məşqçisi Paulu Fonsekanın işsiz günlərinin ömrü az çəkə bilər.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi ola bilər.
Məlumatı "talkSPORT" yayıb. Mənbənin məlumatına görə, Liverpul klubu keçmiş baş məşqçisi David Moyes ilə yanaşı, Fonsekanın da namizədliyini nəzərdən keçirir.
Xatırladaq ki, Fonseka ötən ilin son günlərində "Milan"dan istefaya göndərilib. Portuqaliyalı mütəxəssis daha əvvəl "Lill", "Roma", "Şaxtyor", "Braqa" və "Portu" kimi klublarda da çalışıb.
“Everton” bu mövsüm Premyer Liqada keçirdiyi 19 oyundan sonra 17 xal və üç qələbə qazanaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Mirağa