AZ

İcra başçısının sabiq müavini bələdiyyə üzvlüyünə namizədliyini geri götürüb

Lənkəran rayon icra hakimiyyəti başçısının 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

APA-nın əldə etdiyi xəbərə görə, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

Seçilən
26
1
apa.az

10Mənbələr