AZ

Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə hakimi, 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
Seçilən
34
50
oxu.az

10Mənbələr