Bakı. Trend:
Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev vəobyektdən oğurluq edilməsi, nəticədə zərərçəkənlərə 26 min manatdanartıq maddi ziyanın vurulması barədə polisə məlumatlar daxilolub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə oğurluq əməllərinitörətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlıE.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polisəməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.