Venesuelada müxalifət lideri Mariya Korina Maçado prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyanı tərk edərkən saxlanılıb.
Publika.az xəbər verir ki, müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi dəstəkləyən Maçado aylar sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O Karakasda keçirilən etiraz aksiyalarına qatılıb və çıxış edib.
Maçadonun mətbuat şöbəsinin “X” sosial media hesabından edilən açıqlamada bildirilir ki, müxalifət lideri nümayişdən sonra ərazini tərk edərkən təhlükəsizlik qüvvələri onun konvoyuna atəş açıblar.
Açıqlamada daha sonra Maçadonun saxlanıldığı bildirilib.