Yaponiya Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin anası Violettanı sanksiya siyahısından çıxarıb.
Viral.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, ümumilikdə 8 nəfər sanksiya siyahısından çıxarılıb.
Son Yazılar:
- Priqojinin anası ilə bağlı qərar VERİLDİ
- İşdən çıxarılan icra başçısının müavini bələdiyyə üzvlüyünə namizədliyini veribmiş
- Aİ Ermənistan-Azərbaycan sərhədindəki missiyanın müddətini daha iki il uzada bilər
Violetta Priqojinaya qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilib. Onu Yevgeni Priqojinlə əlaqəli olan “Concord Management and Consulting” MMC-nin sahibi olduğu bildirilir. Sentyabr ayında Avropa İttifaqı da oxşar qərar qəbul edib.
Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayaraq ölüb. Qəza zamanı təyyarənin göyərtəsində 3 ekipaj üzvü də daxil 10 nəfər olub və onların hamısı ölüb.
Priqojinin Rusiya prezidenti Vladimir Putinin sifarişi ilə öldürüldüyü iddia olunur.
Bir cavab yazın