AZ

MDB ölkəsindən Putinə QADAĞA: daha həmin məşhur şərabları içə bilməyəcək

Moldovada çoxlu sayda dünya liderlərinin ziyarət etdiyi "Cricova" şərab zavodundan Putinin fotosu silinib.

Publika.az "The New York Times"a istinadla xəbər verir ki, Ukraynada müharibə apardığına görə Vladimir Putinin həmin zavodun zirzəmilərinə girişi rəsmən qadağan edilib.

Qeyd olunur ki, bunlar təkcə şərab zirzəmiləri deyil, uzunluğu təxminən 120 kilometrə çatan və Kişinyovun şimalındakı üzüm bağlarının altından keçən bütün tunellər şəbəkəsidir.

Putin "Cricova" şərab zavodunun zirzəmilərində fəxri qonaq olub, hətta iki dəfə buranı ziyarət edib. Bununla belə, o, artıq orada xoş qarşılanmır və onun fotosu şərab butulkaları ilə birlikdə çıxarılıb.

"Putin 2022-ci ildə Moldovanın qonşusu Ukraynaya genişmiqyaslı hücuma başladıqdan sonra cavab verə bilmədiyimiz bir çox suallar var idi ki, onun fotosu niyə hələ də buradadır", - şərab zavodunun direktoru Sorin Maslo jurnalistlərə deyib.

Maslo vurğulayıb ki, zavodun zirzəmilərinə baş çəkməyin qadağan edilməsinə baxmayaraq, Putinin Moldovanın keçmiş kommunist prezidenti tərəfindən ona hədiyyə etdiyi şərab kolleksiyası məhv edilməyib. Onun sözlərinə görə, bütün şüşələr heç kimin onlara çata bilməyəcəyi qaranlıq və möhürlənmiş küncə aparılıb.

Seçilən
24
publika.az

1Mənbələr