Bakı. Trend:
Prezident İlham Əliyev “Milli Məkan Məlumatları” informasiyasistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəziməsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Trend xəbərverir ki, sənədə əsasən, “Milli Məkan Məlumatları” informasiyasistemi haqqında Əsasnamə” təsdiq edilib.
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Hökumət buludu”(G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları”informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təminetməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiyaehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi vəelektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” fərmanıntələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təminetməlidirlər.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həlletməlidir.