Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirinimüavini təyin olunub. Beləliklə, o 18 illik nazir karyerasını başa vurub.
Qeyd edək ki, Samir Şərifov Baş nazir Əli Əsədovun 3-cü müavini olub. Hazırda Nazirlər Kabineti sədrinin birinci müavin Yaqub Eyyubov və müavini isə Şahin Mustafayevdir.
Ötən ilin 23 sentybarında parlament seçkilərinə qatıldığına görə Prezident İlham Əliyev Əli Əhmədovu Baş nazirin müavini vəzifəsindən azad etmişdi. Görünür. S.Şərifov Ə.Əhmədovun səlahiyyətində olmuş sahələr üzrə məsul müavin olacaq.