Yaponiyadan Rusiya və Türkiyə şirkətlərinə sanksiya
Yaponiya Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qırğızıstan, Tailand, Türkiyə və Şimali Koreyadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
Bildirilib ki, sanksiyalar Rusiyanın 29 təşkilatını və üç bankını əhatə edib. Daha 22 Rusiya şirkəti və 335 məhsul ixrac məhdudiyyətlərinə məruz qalıb.
Yaponiya hakimiyyəti sanksiya siyahısına 10-dan çox Rusiya vətəndaşını da daxil edib. Onların arasında “Rostex”in baş direktorunun birinci müavini Vladimir Artyakov, “Alros”un baş direktoru Pavel Mariniçev, “PSV Technology” şirkətinin baş direktoru Sergey Petrov və “Elektromaşin” elmi-sənaye təşkilatının rəhbəri İqor Afanasyev də var.