AZ

Belarus xaricdə seçki məntəqələrini açmayacaq

Təhlükəsizlik tədbirləri görülmədiyi üçün Belarus xaricdə səsvermə məntəqələri açmayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

Qeyd edək ki, yanvarın 26-daBelarusda prezident seçkiləri keçiriləcək. Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, fərdi sahibkar Anna Kanopatskaya, hazırkı prezident Aleksandr Lukaşenko, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.

Seçilən
18
operativmedia.az

1Mənbələr